fbpx

Yuxuda Hündürlükdən Boşluğa Yıxılmaq – Hərkəsin Gördüyü Yuxu

0 33

Yuxuda boşluğa yıxılmaq hərkəsin gördüyü yuxulardan biridir. Bir çox insan bu zaman qorxu içində yuxudan ayılır, digərləri yatmağa davam edirlər. Bəzi insanlar iddia edir ki, ruh bədəndən çıxır deyə belə hiss yaşayırıq. Amma bu yanlış fikirdir.Əslində yuxuda yıxılma hissi, normal fizioloji bir prosesdir.
‎Biz yatarkən, hər biri dörd mərhələdən ibarət olan bir neçə yuxu dövründən keçirik. Yıxılma hissi ilk mərhələdə baş verir. Yuxuya gedəndə, bizim əzələlərimiz boşalmağa, rahatlaşmağa başlayır və bu zaman beynimiz əzələlərin boşalmasını bizim ağacdan yıxılmağımız kimi qəbul edib bizi oyadır. Nəzərə alsaq ki, əcdadımız olan primatlar ağaclarda yatıblar, bu refleksin insanlarda olması normaldır.

Primatlar (lat. Primates, lat. primas, hərfi mənada “ilkin”, “birinci”) — plasentalı məməlilərin daha çox inkişaf etmiş dəstələrindən biri. Bu dəstəyə meymunlar və insan da daxildir.

Cavab Ver

E-posta hesabınız yayımlanmayacak.