fbpx

Rinoplastika – Ağrısız burun əməliyyatı 2021

0 44

Rinoplastika deformasiyaya uğramış burunun düzəldilməsidir.  Başqa adla estetik burun əməliyyatı bütün dünyada iki yanaşma ilə aparılır.

  1. Açıq rinoplastika əməliyyatı
  2. Qapalı rinoplastika əməliyyatı
rinoplastika
Rinoplastika – Burun əməliyyatı

Unutmayaq ki, dünyada tibb durmadan öz inkişafını davam etdirir. Məqsəd daha yaxşı nəticələr əldə etməkdir. Bizim burun əməliyyatı üçün icra etdiyimiz metod son zamanların ən çox maraq dairəsində olan metodudur.

Bu estetik burum emeliyyati adını alan rinoplastika ilin istənilən mövsümündə icra oluna bilər, lakin hər mövsümdə Dr. Sami həkimin məsləhətlərinə əməl etmək vacibdir. Bu məsləhətlərə nümunə göstərəsi olsaq: ilin yay fəslində qızmar günəş altında gəzməmək, qışın soyuğundan özünü gözləmək və s aiddir.

Qeyd: İlin istənilən fəslində əməliyyatdan sonra növbəti 1 ay ərzində günəşdən qorunmaq vacibdir. Buna səbəb günəş şüalarının burun dərisində rəng fərqlərinin yarada bilməsidir.

Açıq rinoplastika əməliyyatı

Bu burun əməliyyatı dəliklərin tam ortasından bir ədəd kəsik aparılmaqla tədbiq edilir. Bu zaman dəri qaldırılır və əməliyyat uğurla icra edilir. Bu rinoplastika əməliyyatı zamanı burun elastikliyini təmin edən bütün bağlar kəsilir.

Açıq rinoplastika əməliyyatı zamanı yumşaq toxumaların kəsilməsindən sonra qapalı burun əməliyyatı zamanı olduğu kimi burun sümükləri və burun qığırdaqları üzərində manipulyasiya aparır.

Açık rinoplastika metodunun üstün cəhəti bütün strukturları açıq şəkildə görmək və əməliyyatda ən yaxşı nəticələr əldə etməkdir.

Qapalı rinoplastika əməliyyatı

Qapalı rinoplastika (qapalı buru əməliyyatı) metodu ilə əməliyyat aparılan zaman kəsik burun boşluğunda aparılır. Burun dərisi karkası təşkil edən sümük və qığırdaqdan ayrılır. Daha sonra arzu edilən burun forması asanlıqla bərpa edilir.  Bu zaman istərsə kiçiltmə, istərsədə böyütmə əməliyyatı aparıla bilər.

Bu rinoplastika əməliyyatı bitdikdən sonra burunda olan yumşaq toxumalar və kəsik tikilir və burunu saxlamaq üçün burun arxasına splintlər (gipsi əvəz edən müasir vasitə) yerləşdirilir.

Bu splintlər 1-2 həftə ərzində saxlanmalı, daha sonra həkim məsləhətindən sonra çıxarıla bilər

aciq ve qapali rinoplastika
Açıq və qapalı burun əməliyyatı fərqi

Qapalı rinoplastikanın üstünlükləri nələrdir?

Qapalı əməliyyat zamanı burun daha az şişir və daha tez sağalır.  Lakin açıq əməliyyat zamanı daha çox çapıqlaşma baş verir. Burun ucundan burun dəliklərinin arasına enən “Pitanguy” adlanan bağ qorunur. Bu bağın bir çox funksyası var:

  1. İçərisindən burun ucunun qanla təmin olmasında böyük rol oynayan kolemellar arteriyalar keçir.
  2. Bağın daxilindən burun ucunun hissiyatını təmin edən sinirlər keçir.
  3. Bağın daxilindən limfa damarları keçir.
  4. Burun ucu elastikliyini təmin edir.

Açıq əməliyyatda bu bağ kəsilir, amma qapalı əməliyyatda bu bağ qorunur.


Tez-tez verilən suallar

Rinoplastika üçün mövsüm fərqi varmı?

Rinoplastika istənilən mövsümdə icra edilə bilər. Sadəcə xəstələr həkimin mövsümə spesifik məsləhətlərinə diqqət etməlidirlər.

Rinoplastika 18 yaşdan daha erkən dövrdə icra oluna bilərmi?

Bəli, xüsusi hallarda icra oluna bilər.

Rinoplastika əməliyyatından sonra xəstəxanada yatış neçə gün olmalıdır?

Xəstələrin böyük əksəriyyəti əməliyyat olduqları gün evə yazılırlar.

Burunun əməliyyatdan sonrakı formasını əməliyyatdan öncə təxmin etmək mümkündürmü?

Bəli. Dr. Cabbarzadə bütün xəstələrinə, onların da istəklərini nəzərə alaraq təxmini burun formasını əməliyyatdan qabaq xüsusi kompüter programı vasitəsi ilə göstərir.

Rinoplastika əməliyyatı hansı hallarda uğurlu hesab edilir?

Burunun rinoplastikalı olduğu ətrafdakı insanlar tərəfindən hiss edilməməlidir. Burun təbii, gözəl və üz ilə ahəng içində olmalıdır.
Burunun əsas funksiyası nəfəs almaq olduğu üçün əməliyyat sonrası rahat nəfəs alma təmin edilməlidir.

Rinoplastika sonrası ağrı olurmu?

Rinoplastika əməliyyatı uyğun prinsiplərə görə icra edildiyində demək olar ki, ağrı heç olmur.

Burun dərisinin qalınlığının rinoplastikanın nəticəsinə təsiri varmı?

Bəli, var. Burun əməliyyatı üçün ən uyğun burunlar normal qalınlıqda dərisi olan burunlardır.  İncə və qalın dərili burunlarda lazımi nəticəni əldə etmək üçün xüsusi manevrlərə ehtiyac var. Bu manevrləri icra etmək üçün cərrah kifayət qədər təcrübəli olmalıdır.

Sığorta şirkətləri rinoplastika xərclərini ödəyirmi?

Sığorta şirkətlərinin böyük əksəriyyəti rinoplastikanı ödəmir.

Rinoplastika sonrası siqaret istifadəsinin zərəri varmı?

Rinoplastikadan 1 ay qabaq və 1 ay sonra siqaret çəkməməyinizdə fayda var.  Siqaret normal yara sağalmasını pozaraq əməliyyat sonrası burunun sağalma prosesinə mənfi təsir göstərir.

Rinoplastika üçün yuxarı yaş həddi neçə yaşdır?

Yuxarı yaş həddi yoxdur. Əgər xəstənin ümumi vəziyyəti uyğundursa, funksional və ya estetik olaraq rinoplastikaya göstəriş varsa, rinoplastika yaşlı xəstələrdə də icra edilə bilər. Dr. Cabbarzadənin rinoplastika etdiyi en yaşlı xəstələr 70 yaşlı bir kişi və 65 yaşlı bir qadın xəstə olmuşdur.

Rinoplastika ilə böyük olan burun kiçikləşdirildikdə artıq qalan burun dərisinin sonrakı aqibəti necə olur?

Dəri elastik olduğu üçün müəyyən vaxt keçdikdən sonra burunun yeni formasını alır.

İstifadə edilən mənbələr

1) https://guvenklinik.az/2019/02/05/rinoplastika-il%C9%99-%C9%99laq%C9%99li-bilm%C9%99dikl%C9%99riniz/
2) Rinoplastika haqqında wikipediya

Cavab Ver

E-posta hesabınız yayımlanmayacak.

Alət çubuğuna keç