Pizza Resepti – Evdə Dadlı Pizza Necə Bişirilir?

0 114

Pizza İtalyan mənşəli xəmir yeməyidir. Üzərinə bir çox ərzaq məhsulu qoyula bilər. Pendir, sosis, pomidor, kolbasa, bibər, zeytun, qarğıdalı kimi əsas ərzaqlarla yanaşı, bir çox fərqli məmulatların qoyulduğu pitsalar da var.

Xüsusilə, ana vətəni olan İtaliyada və Amerika Birləşmiş Ştatlarında bir çox pizza növü yaradılmışdır. Dünyanın bir çox yerində pitsa evə çatdırma xidməti vasitəsilə gətirildiyi üçün istehlak səviyyəsi olduqca yüksəkdir.

Evde Pizza Hazirlamaq
Pizza Resepti

Ev Üsulu Pizza Xəmiri üçün :

  • 5 st un ( xəmirə görə artıra bilərsiniz )
  • 1st ilıq su
  • 1 st ilıq süd
  • yarım st zeytun yağı
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı şəkər tozu
  • 1 xörək qaşığı maya


Xəmiri hazırlayarkən bütün adı çəkilən məhsullar qarışdırılır və xəmir yoğrulur.Xəmir qulaq məməsi halında olmalıdır (yumşaq, lakin ələ yapışmaz vəziyyətdə ). Xəmir yoğrulduqdan sonra üzəri örtülür və yarım saatlıq özünə gəlməsi üçün kənara qoyulur.

Pizzanın Üzəri üçün :

  1. Sous ( tomat pastası, bir qədər bitki yağı, zövqə görə kəklikotu qarışdırılır )
  2. Pendir ( holland pendiri yaxud da mozarella pendiri də ola bilər )
  3. ət yaxud kolbasa məmulatları
  4. bibər
  5. pomidor
  6. zeytun
  7. göbələk 

Bu sadalananlar şərti olaraq söylənilir.Pizza elə bir yemək növüdür ki, üzərinə istədiyimiz və sevdiyimiz məhsulları düzə bilərik.

Pizzanın hazırlanması :

Masaya un səpirik və yoğurduğumuz xəmiri 3 bərabər hissəyə bölürük. Xəmirdən birini götürürük və yayırıq.Yaydığımız xəmiri yağlı kağız sərilmiş yaxud da dibi yağlanmış soba qabına qoyuruq və üzərinə məhsulları qoyuruq.

İlk olaraq pizza üzərinə hazırladığımız sousdan çəkirik.Daha sonra isə sürtkəcdən keçirilmiş pendiri qoyuruq.

Qeyd: pendirdən bir qədər saxlayırıq ki, artıq pizzanın üzərində olan məhsullar bişdikdən sonra onu çıxarmağa 5 dəqiqə qalmış saxladığımız pendiri sonra üzərinə səpirik.

Bu şəkildə bütün məhsullar üst – üstə yığılır və 180 dərəcədə qızdırılmış sobada təxminən 30 dəqiqə ərzində bişirilir. Pizza bişməyinə 5 dəqiqə qalmış kənara qoyduğumuz pendiri üzərinə səpməyi unutmayın.

Məşhur pizza növləri

  • Pitsa aglio e potpuri – isti zeytun yağı ilə , yüngül qızardılmış sarımsaq və keklikotu.
  • Pitsa aglio, olio e pomodoro – zeytun yağı , sarımsaq , keklikotu və pomidor .
  • Pitsa alla marinara – pomidor , sarımsaq, zeytun yağı və kəklik (əlavə ançouslar və qara zeytun ) ilə olur.
  • Pitsa con le cozze – midiye, sarımsaq, zeytun yağı və cəfəri ilə.
  • Pitsa alle vongole – ikitaylı molyusklar ilə , pomidor, sarımsaq , zeytun yağı, cəfəri və keklikotu .
  • Pitsa Margherita ( Margherita ) – pomidor , mozarella ( bəzən daha parmezan pendir səpilir ) , zeytun yağı və reyhan ilə .*Pitsa
  • Napolitana / Napoli (« Neapolitan “) – pomidor , mozarella, parmezan , ançouslar , zeytun yağı, keklikotu və reyhan ilə (real pitsa Napolitana yalnız odinla hazırlanmalıdı).
  • Pitsa Regina – pomidor , mozarella , göbələk, vetçina , keklikotu ( bəzən hətta qara zeytun ilə) .
  • Pitsa capricciosa ( Kaprichchoza ) – . Pomidor , mozarella , göbələk , enginar, yaşıl və qara zeytun.
  • Pitsa quattro formaggi (dörd pendir ) – dörd müxtəlif pendir növü istifadə olunur.

Evdə Hazırlanan Pizza Resepti Üçün Shelale Quluzade (Telegram/@shellycake) təşəkkürlər.

Nuş Olsun!

Bir cavab yazın

XTOP.ML - Топ рейтинг сайтов