fbpx

Öz səs yazımızı nə üçün bəyənmirik?

0 101

Səs havada təzyiq dalğaları yaradaraq yayılır. Qulaqlarımıza çatan səs dalğaları qulaq kanalı boyunca hərəkət edir və daxili qulaqdakı “Koklea” adlanan İlbiz şəkilli quruluşdakı, tük hüceyrələri tərəfindən qəbul edilir. Tük hüceyrələri səs dalğalarını sinir mesajlarına çevirir. Bu siqnallar sinir hüceyrələri tərəfindən beyinə ötürülür ki, səs eşidilsin.

Öz səs yazımızı dinlədiyimiz zaman çox vaxt eşitdiyimiz səs bizi narahat edir və səsyazının öz səsimizə bənzəmədiyini düşünürük. Çünki normalda öz səslərimizi iki şəkildə qəbul edirik. Danışarkən meydana gələn səs dalğaları, digər xarici səslər kimi havaya yayılır, qulağımıza çatır və Kokleadakı tük hüceyrələri tərəfindən qəbul edilir. Ancaq səs dalğalarını təşkil edən səs telləri titrədikdə, bu titrəmələr boynumuzdakı və başımızdakı sümüklər tərəfindən də ötürülür. Bu titrəmələrin kokleaya çatma tezliyi havada yayılan səsin tezliyindən daha aşağıdır. Öz səsimizi bu iki fərqli yoldan çatan səs dalğalarının birləşməsi kimi qəbul edirik.

Qısaca səs yazanlar yalnız havada yayılan səs dalğalarını qəbul etdikləri üçün səsimizin bədənimizə ötürülən hissəsini eşidə bilmirik. Ona görədə öz ses yazımız özümüzə qəribə gelir.

 

@_bilgistan

Cavab Ver

E-posta hesabınız yayımlanmayacak.

Alət çubuğuna keç