fbpx

Niyə üşüyəndə tüklərimiz biz biz olur?

0 102

?İnsanın dərisində, çoxsaylı tük follikulları — və follikulların altında onları hərəkət etdirən əzələlər var.

?Bu əzələlər sıxılanda, dərinin altında kiçik təpəciklər yaranır, biz bu hadisəyə “dərimiz biz-biz oldu” deyirik. Hətta dərinin tük olmayan yerlərində, follikullardan tük bitmirsə belə bu əzələlər işləyir və dərini “tikan-tikan” edir.

?Bizim dərimiz ancaq iki halda – təhlükə anında və ya soyuqda belə olur.

? Bu refleks insana əcdadı olan primatlardan lardan miras qalıb.

?Təhlükə anında bədəninin hər yeri tük olan heyvanlar tüklərini qabartmaqla daha böyük görünməyə çalışırlar və bu üsulla düşməni qorxudurlar.

❄ Soyuqda isə tüklər qabardıqda tüklə dərinin arasında qalan boşluqda hava təbəqəsi yaranır və bu təbəqə bayırdakı soyuğu dəriyə, dəridəki istini isə bayıra çıxmağa qoymur.

?Bədənimizdə tük olmasa belə dərimizin belə “biz-biz” olması bizi də isidir, çünki hərəkət edən əzələlərdə qan dövranı sürətlənir, qan isə bədəni isidir.
Düzdür, bu istilik çox cüzidir, amma azacıq da olsa işə yarayır.

❓Bəs musiqi və ya hadisə dinləyəndə niyə eyni hal baş verir?

? Təsirli musiqi, beynimizin amiqdala bölgəsinə təsir edir. Bu bölgə, qorxu hisslərimizə nəzarət edən beyin bölgəsidir. Buna görə təsirli bir musiqi beynimizin qorxu zonasını aktivləşdirir; ancaq bunun gerçək bir təhlükə olmadığını bildikdən sonra hisslərimizi müsbətə doğru dəyişdiririk.

@bilirdin.bilmirdin

Cavab Ver

E-posta hesabınız yayımlanmayacak.