fbpx

Hansısa otağa girdiyimiz zaman nə üçün girdiyimizi unutmağımızın səbəbi.

0 257

Çoxumuzun başına gəlib. Bir otaqdan digərinə keçdiyimiz zaman ”nə edəcəkdim mən?” deyərək donub qalırıq. Bəzən də mətbəxə girər, niyə girdiyimizi xatırlamaz, soyuducunun qapısını açıb boş-boş baxarıq.Əsasən belə vəziyyətlərdə əməlli başlı unutqan olduğumuzu düşünürük. Amma narahat olmağa dəyməz!. Çünki elm adamları bu vəziyyəti də araşdırıblar. Qapı təsiri! (doorway effect) ”Qapı təsiri” bir qapıdan keçdiyimiz zaman beynimizdə meydana gələn keçici yaddaş itkisinin elmi adıdır.Notre Dame universitetindən Gabriel Radvansky, Sabine Krawietz və Andrea Tamplinin araşdırmasına nəzər salaq. 

Bu araşdırma komputerlə aparılıb. Belə ki, dizayn proqramlarının birində boş otağın içi əşyalarla doldurulub. Digər otaq isə tamamilə boşdur. İştrakçılara 1-ci otaqdakı əşyalara diqqətlə baxmaları istənilib. Çünki növbəti mərhələdə onlar həmin əşyaları ikinci otağa düzəcəklər. Beləliklə iştrakçıların demək olar ki, hamısı 1-ci otaqdakı əşyaların yerini sonradan xatırladıqları halda, 2-ci otağa düzməyə çalışarkən bunu bacarmayıblar. 


Qapı təsiri” həm fiziki, həm də zehni halı dəyişdirdiyimiz zaman başqa otağa keçib fərqli əşyalar görəndə meydana çıxır. Bunun səbəbi başqa bir otağa keçdiyimiz zaman beynimizin ətrafa uyğunlaşması üçün zamana ehtiyacının olmasındadır. Bu zaman ərzində biz keçici yaddaş itkisi yaşayırıq. Əgər axtardığınız əşyanın hansı olduğunu uzun müddətdən sonra yenə də yadınıza sala bilmirsinizsə onda xüsusi tədbirlər görməniz tövsiyyə olunur. 

Cavab Ver

E-posta hesabınız yayımlanmayacak.

Oxumağı sevən xanımlara kitab alaq. Onlar üçün ən dəyərli hədiyyələrdən biri olacaqdır. Kitablar arasında yaşamaq onlara rahatlıq və xoşbəxtlik gətirəcəkdir. Kitab hədiyyə edin, xoşbəxtlik vərəqlərin üzərindədir.

MAİLİNİZİ YAZARAQ NOVELLA KİTAB EVİNDƏN 20% ENDİRİM ƏLDƏ EDƏCƏKSİNİZ!

TƏBRİKLƏR! SİZ NOVELLA KİTAB EVİNDƏN 20% ENDİRİM QAZANDINIZ

nəsə səhvlik baş verdi

www.JEST.az will use the information you provide on this form to be in touch with you and to provide updates and marketing.
Alət çubuğuna keç