Covid-19 (KoronaVirus) nədir ? Necə qorunmalıyıq?

Əziz oxucular, oxuduğunuz bu məqaləni yazmaqda məqsədim əhalinin böyük əksəriyyətinin məlumatlandırılması və biliyin karantin rejimi ilə birlikdə əlimizdəki ən güclü silah olmasıdır. Ortaq düşmənimizin kod adı 2019-nCoV, əsl adı isə SARS-CoV-2-dir.

KoronaVirus (Covid-19) Nədir? Məqalədən Önsöz

Verdiyi böyük ziyanın adına isə CoVİD-19 deyirik. Bu ziyan indiyədək gördüklərimizə bənzəmir. Həm insan həyatına, həm iqtisadiyyata, həm siyasətə, həm də insanlar arasındakı münasibətlərə öz təsirini göstərir. Supergüc hesab edilən ölkələr və onların səhiyyə sistemi belə bu vəziyyətə tab gətirə bilmədi. Səbəbi isə çox sadə–vaxtında tədbirlərin görülməməsi və tədbirlər görülməyə başlayanda isə əhalinin kütləvi şəkildə məsuliyyətsiz yanaşmasıdır. Məhz bu iki səbəb ucbatından indi Dünya Global Pandemiyaya ev sahibliyi edir.

Bəs bu evin əzəli sahibləri olan bizlər nə edirik? Xəstəliyin bizim Ümumi Evimiz olan Dünyanı məhv etməyinə şərait yaradırıq!!! Bilin ki, xəstəliyə ev sahibi yox müvəqqəti qonaq olduğunu göstərmək bizdən asılıdır. Qeyd edim ki, digər ölkələrlə müqayisədə Azərbaycan tədbirlərə vaxtında başladı və bunun nəticəsidir ki, digər ölkələrlə müqayisədə yoluxma zəif sürətlə artır, “epidemik alovlanma” olmur. Gerisi isə bizdən asılıdır.


İndi otur-düşün, qısa bir müddətlik ailənin və sevdiklərinin içində evdə qalmaqmı yaxşıdır, yoxsa tanımadığın, lakin cəmiyyətin bugünkü gündə SUPER QƏHRƏMANLAR adlandırdığı həkimlərin əhatəsində, nəfəs almaqda çətinlik çəkdiyin və ən yaxşı halda boğazında 30 sm-lik bir boru (intubasion boru) ilə ASV aparatına qoşulu olmaqmı? İnanın ki,bir Tibb tələbəsi, bir Tibb işçisi və bir Reanimasiya işçisi olaraq deyirəm ki, ASV aparatına qoşulu hər bir kəsin huşu başına gələndə ilk öncə bizdən istədiyi o borunun boğazından çıxarılması olur, bəli nə yaxınlarını görmək, nə danışmaq, nə sual vermək, nə gəzmək ancaq və ancaq o borunun çıxarılması, hətta onları yaşadan, Allahın izni ilə həyata bağlayan o boru olsa da.

Bütün bunları nəzərə alaraq, EVDƏ QALIN, HƏKİMLƏRİN İŞİNİ DAHA DA AĞIRLAŞDIRMAYIN!!!
Xəstələrin sağalması, özlərinin yoluxmaması və personal çatışmazlığının yaşanmaması üçün həkimlərin geyindikləri geyimi bizlərə geyindirsələr, inanın ki, içində bir saat belə dura bilmərik. Amma onlar saatlarla o geyimin içində olur və yemir, içmir, təbii bioloji ehtiyaclarını ödəmirlər, səbəbi isə hər dəfə o geyim soyunulduqda atılmalı və yenisi geyinilməlidir. Bu isə digər kolleqalarının geyinməsi üçün geyim qıtlığı yarada bilər. Çinli həkimlər 6-8 saatlıq iş rejimində işlədikləri üçün böyüklər üçün bez geyinib, üzərindən qoruyucu geyimi geyinir- lər, düşünün. Bizdə isə bəzən həkimlər daha çox çalışır və xəstələrə xidmət edir.

Həmçinin, eynək və maska üzdə dərin erroziv yaralar əmələ gətirir, daima bir yeri sürtdüyü üçün.
Bütün bunları nəzərə alaraq yenə öz bildiyini edənlər, karantin rejiminin tələblərinə uymayanlar isə həm Uca Allah (C.C), həm Qanun, həm Millət, həm də varsa əgər Vicdanı qarşısında məsuliyyət daşıyır. Həmçinin özünüz yoluxsanız ətrafınızdakı insanlar üçün də təhlükə mənbəyi olacaqsınız və hər xəstəyə inki- şaf edən əlamətlər üçün bir yox, bir neçə həkim xidmət etməlidir. UNUTMAYAQ: “Bir mismar bir atı, bir at bir sərkərdəni, bir sərkərdə bir ordunu, bir ordu isə bir milləti və dövləti məhv edə bilər!!!”
Son olaraq qeyd etmək istərdim ki, məqalədə bəzi şəkillərdə görüntü ay- dın deyil, səbəbi isə həmin şəkli götürdüyüm mənbədən ekran görüntüsü olaraq çəkməyimdir. Sual verə bilərsiniz: “Niyə?” Çünki həmin mənbələr Rəsmi və Nazirlər Kabineti yanında Operativ Qərərgahın tövsiyə etdiyi mənbələrdir. İstə- mədim ki, dəyişərək məsuliyyət altına girim. Bu səbəbdən olduğu kimi saxlama- ğı qərara aldım.
Məqalə təkmilləşdirilmiş ikinci məqaləmdir. Nə qədər dəqiq, doğru və səhvsiz yazmağa diqqət etsəm də, əlbəttə ki, insanam və səhvim ola bilər. Səhv- dən ancaq Uca Allah (C.C) uzaqdır. Rastlaşdığınız səhv, qüsur və nöqsanları mə- nə bildirməyiniz xahiş olunur. Oxuduğunuz üçün təşəkkürlər, əziz oxucum!

QEYD: Bu məqaləni yazmaqda heç bir kar, heç bir qazanc güdməmişəm. Sadəcə:“Dar məqamda xalqıma-millətimə necə yaraya bilərəm, necə kömək edə bilərəm”,- deyə düşünərkən bu addımı atmağı qərara aldım. Haqqım halal olsun, əziz oxucum!

Pərviz Məzahir oğlu Məmmədov’un KoronaVirus barəsində yazdığı məqaləni pulsuz olaraq yükləyib oxuya bilərsiniz.

XTOP.ML - Топ рейтинг сайтов