fbpx

Çinlilər nə üçün “Qıyıqgöz” olurlar ?

0 30

Yalnız Çinlilər deyil, Yaponlar, Orta və Cənub-Şərqi Asiyanın sakinləri və hətta Eskimosların belə gözləri qıyıqdır. Əslində ‘Qıyıq’ ifadəsi tamamilə səhvdir. Göz quruluşu dünyadakı bütün insanlarda eynidir. Fərqli olan göz qapaqlarıdır.

Qıyıq gözlü olaraq xarakterizə olunan irqlər də, gözün üstündəki göz qapağının ikinci qatı gözə doğru daha çox istiqamətlənir və bu da gözün daha dar görünməsinə səbəb olur.

Bəs bu niyə belədir? Bir nəzəriyyəyə görə, göz qapağının üzərinə qatlanmış bu ikinci qat, bu insanların gözlərini sıx qar qatının göz qamaşdıran işığından qorumaq üçün bir növ qar eynəyi kimi inkişaf etmişdir.

Hər nə qədər yuxarıda göstərilən bəzi bölgələrdə qar olmasa da, elm adamları bu gün qıyıqgözlü insanlar dediyimiz insanların atalarının, son buz dövründə, Asiyanın qar və buzla örtülmüş ən soyuq hissəsi olan Sibirdən köç etdiklərinə inanırlar.

Belə soyuq iqlim şəraitində yaşayanların bədənlərini iqlimə uyğunlaşdırmaqdan başqa çarələri qalmamışdır. Yalnız gözlər deyil, burun da iqlimin təsirindən kiçilmişdir, burun deşikləri daraldı ki, tənəffüs olunan hava ağciyərə çatana qədər isinsin. Dəriləri də, bu səbəbdən yağlıdır.

Göz qapaqları da yağlı olduğundan sanki aşağı sallanmış kimi görünür və bu forma gözü və daxili təbəqələrini qar və buzdan qoruyur. Buna görə “Qıyıqgözlü” deyil, “aşağı göz qapağlı” ifadəsindən istifadə etmək daha yaxşı olardı.

 

@_bilgistan


 

Cavab Ver

E-posta hesabınız yayımlanmayacak.

www.JEST.az

0

Alət çubuğuna keç