İlk dəfə İnstagramda Paylaşılan Şəkillər

0 181

Instagram Yaranan Zaman Paylaşılan İlk Maraqlı Şəkillər. Bu Maraqlı Şəkillər İnstagramın Başlanğıc Tarixi Hesab Olunur.

İnstagram Haqqında. Bu Program Nə Üçün Yaradılıb?

İnstagramın Logosu

Kevin Systrom və Mike Krieger tərəfindən yaradılan şəkil paylaşma tətbiqinin quruluş hekayəsi elə instagramın özü kimi maraqlıdır.

İnstagramın hekayəsi ABŞ-ın ən nüfuzlu universitetlərindən biri olan Stanford məzunu Kevin Systrom və Mike Krieger adında iki gənc ilə başlayır. Bu iki gənc instagramı əslində universitetdə öz qrupları üçün şəkil paylaşılan bir tətbiq kimi yaratmaq istəmişdilər.

Onlar instagramı qurmazdan əvvəl Silikon Vadisinin öndə gedən şirkətlərində təcrübə qazanırlar. Systrom Instagramı yaratmadan əvvəl Googleda iki il işləyir. Odeoda da staj keçir və burada Twitterin yaradıcısıyla tanış olur. Mike Krieger isə Instagramı qurmazdan əvvəl Microsoftda təcrübə keçmişdi.
Kevin Systorm Mike Krieger ilə birlikdə bu şirkətlərdən topladıqları təcrübə ilə fotoşəkilləri asanca yüklənən və bunu dostlarınızla paylaşmağa imkan verən bir proqram yaratmaq fikrini ortaya atırlar.

İnstagram Haqqında Maraqlı Məlumatlar

İnstagram Haqqında Maraqlı 11 Məlumat
  1. .Facebook instagramı 2012 ci ilin aprel ayında 1 milyard dollara satın aldı.Bu,qısa bir müddətdə böyük bir uğur sayılmalıdır.
  2. İnstagram 1 milyard dollara satın alınarkən cəmi 13 işçisi var idi.
  3. İnstagramın üzvləri 300 milyondan çoxdur.
  4. Proqramdan hər gün 75 milyon insan isrifadə edir.
  5. İndiyə kimi, instagram vasitəsiylə 30 milyarddan çox foto və video paylaşılıb.Gündə 70 milyon paylaşım edilir.
  6. İnstagramda ən çox izlənilən instagramın özüdür,ikinci ən çox izlənilən isə məşhur pornoulduz Kim Kardashiandır.
  7. 2014 cü ildə ən çox like toplayan Kim Kardashianın paylaşdığı foto oldu.
  8. İnstagramdan ən çox istifadə edən ilk üç ölkə ABŞ,Yaponiya və Brazilyadır
  9. Hal hazırda İnstagramın 35 milyard dollar dəyərində olduğu deyilir.
  10. İnstagram istifadəçilərinin 100 də 51 i kişi,yüzdə 49 u qadınlardan ibarətdir.
  11. İnstagram sayəsində məşhur olan “Selfie”sözü 2013-cü ildə Oxford lüğətinə yazıldı.

İnstagramda İlk Paylaşılan Şəkillər Hansılardır?

İnstagramda Paylaşılan İlk Şəkillər

Yəqin ki bir çox “Instagram” istifadəçilərinə maraqlıdır, bu proqramda ilk yayımlanan fotolar hansılar olub. Məlumdur ki, proqram istifadəçilərin ixtiyarına verilməmişdən öncə onu hazırlayanların özü yoxlayır.

Pavel Qurov adlı bir şəxs proqramın alqoritmini anlayandan sonra “Instagram” istifadəyə verilməzdən əvvəl orada yer alan fotoları tapa bilib.

Şəkillərin bəziləri bağlı olsa da, bir çoxunu əldə etmək mümkün olub.

Fotolar 2010-cu ilin 16 iyulunda – proqramın sınaq müddəti dövründə çəkilib. Bir ay sonra isə proqram hamının istifadəsinə verilib.

İstinadlar:

https://banco.az/az/news/instagram-haqqinda-onu-kim-ve-nece-yaratdi
http://faktor.az/az/interesting/91733-instagramin-ilk-fotolari-bunlar-olub https://herdemxeyal.wordpress.com/2017/01/03/instagram-haqqinda-maraqli-m%c9%99lumatlar/

Cavab Ver

E-posta hesabınız yayımlanmayacak.