SMM

Facebook Piksel

Facebook piksel veb saytınıza daxil olan istifadəçilərin saytınızda hərəkətlərini (gəzinməkləri, səbətə atmaq (CTA), almaq və s.) izləyən koddur. Facebook piksel həm Instagram, həm də Facebook reklamlarınızdan yüksək dönüşüm əldə etmək üçün istifadə edilir.

Bu kodu “Pixels” bölməsindən əldə edib vebsaytınıza quraşdırdığınız zaman bu kod vasitəsilə sayt ziyarətçilərinin bütün fəaliyyətini izləyə bilərsiniz. Bu, reklamlarınızın performansını yaxşılaşdırmağa kömək edəcək.

Facebook piksel kodu necə yaradılır?

Facebook piksel istifadə etməyə başlamazdan əvvəl piksel kodunu yaratmalısınız. Bunun üçün bu addımları yerinə yetirməlisiniz:

1. Əvvəlcə “Business Settings” bölməsində “Data Sources” başlığı daxilindəki “Pixels” bölməsini açın.

Facebook Pixel Kodu Səhifəsi

2. Şəkildəki pəncərədə görünən Add düyməsinə basdıqdan sonra, açılan popup pəncərədə Pixel adınızı və saytınızın ünvanını daxil edin.

3. Daha sonra aşağıdakı addımları izləyin.

Təbriklər !. Siz artıq facebook piksel kodunu yaratdınız. O aşağıdakı kimi görünür.

4. Daha sonra kodu kopyalayaraq saytınızda </head> kodundan əvvəlki sətrə əlavə edirik. (Kodun necə əlavə olunması haqqında ətraflı “Saytımıza snippets kodları necə əlavə edirik” adlı məqaləmizdə danışacıq.).

5. Bunları etdikdən sonra Pixel bölməsinə (3-cü başlıqda son addıma) qayıdıb kodun istifadəçilərin hansı məlumatlarını izləməsini seçirik və kodun işləkliyini yoxlamaq üçün saytımızın ünvanını daxil edib “Send Test Traffic” düyməsinə basırıq.

Əgər Active yazısını görürsünüzsə artıq hər şey doğrudur və Facebook Piksel kodunuz istifadəçilərinizi izləyir, davam edə bilərik.

Qurulum bitdikdən sonra Facebook sizə event yaratmağı təklif edəcək. Növbəti məqaləmizdə event necə yaradılır addım-addım izah edəcik.

Back to top button