İtlərə Narkotik axtarmağı necə öyrədirlər? – Alman Çoban itləri

0 48

Alman çoban iti — Almaniya köklü bir it irqidir. Böyük, atletik və güclü olması ilə yanaşı düzgün yetişdirldiyində bu iti ailə, qoruma yaxud iş iti kimi istifadə etmək mümkündür. Alman çoban itləri iki sinifə ayrılır. İş sinifi (workline) və şov sinifi (showline) deyə iki fərqli növü vardır. İş sinfi olaraq çoxaldılan alman çoban itləri daha yüksək omba və daha uzun ayaqlara malikdirlər. Şov üçün çoxaldılan alman çoban itləri isə daha alçaq ombaya, əzələli bədənə və çox göstərişli bir kürkə sahib olurlar. Alman çoban itlərində ən çox rastlanan xəstəlik omba çıxığı (omba dispalizi) olaraq bilinən bir oynaq xəstəliyidir. Bundan əlavə alman çoban iti çox həssas bir mədəyə sahib olduğu üçün özəl bir diyet ilə vəya içində çox qarışıq şeylər olmayan, eyni zamanda itin allergiyasının olmadığı yeməklər ilə bəslənməlidir. Alman çoban İtləri dünyada ən çox sevilən və ən çox seçilən it irqilərindəndir. Əsasən iş, ailə, qoruma və polis itləri olaraq istifadə edilir

Alman çoban iti
Alman çoban iti

Özəllikləri

Alman çoban itlərinin ideal boyu dişlərdə 57,5 sm, erkəklərdə isə 62,5 sm-dir. 2,5 sm-ə qədər qısa və ya hündür olması normal qarşılanır. Ağırlıq dişilərdə 22-32 , erkəklərdə 35-40 kiloqram arasındadır. Üzü kobud xətlidir. Alın dördbucaq, burun uzun və enlidir. Burunun ücü qara olmalıdır. Çənəsi güclü olduğundan kəskin dişləməyə sahibdir. Gözləri orta böyüklükdə qəhvərəngidir. Ağıllı və özündən razı baxışları vardır. Qulaqları geniş , dik və bir-birinə paraleldir. Boynu uzundur və aşağı yuxarı tərpədərək qaçış zamanı sürətini tənzimləyər. Quyruğu uzun və tüklüdür.

Bu cins öz arasında 12 yerə ayrılır. Qısa tüklü, uzun tüklü, düşük bel, düz bel və s.

Alman çoban itlərinin müxtəlif rəngləri vardır. Əsasən qəhvərəngi və qara əsl alman çoban iti kimi götürülsədə, nadir olaraq tamamən qara, boz və ağ rəngdə olanlarda vardır. Əslində keçmişdə boz, qara və ağ rəngə olanlara daha çox rastlanırdı. Qəhvərəngi – qara alman çoban iti labaratoriyalarda DNA-sı dərişirək çoxaldılmışdır. Bu itlərin əsl versiyası Almaniyada boz rəngdədir.

İtlərə Narkotik axtarmağı necə öyrədirlər?

Öyrətmə mərhələsi dörd hissədən ibarətdir.

1. İlk mərhələdə narkotiki bir oyuncağın içinə qoyurlar və onu itə verirlər, it bu oyuncaqla bir neçə gün oynayır və oyuncaq ona doğmalaşır.

2. Bu mərhələdə oyuncağı gizlədirlər və it öz öyrəşdiyi oyuncağı axtarır. Bu, it üçün bir növü oyundur. İlk olaraq oyuncağı asan yerdə gizlədirlər. Sonra çətin, sonra lap çətin. Və it hər dəfə bu oyuncağı iyi ilə axtarıb tapır. Daha çətin olsun deyə oyuncağı torpağa da basdırırlar. İt, öz oyuncağını tapır və eşələyib çıxarır.

Sonra oyuncağı, itin çıxara bilməyəcəyi yerlərdə gizlədirlər. İt, iy ilə oyuncağı tapdıqda hürərək tapdığını və ona vermələrini istədiyini bildirir. Hər dəfə oyuncağı tapanda öz oyuncağı ilə bərabər itə kiçik mükafatlar da (ət, sosiska və s. kimi) verilir.

3.Üçüncü mərhələdə oyuncağı itin öyrəşmədiyi qapalı bir yerdə gizlədirlər, iti ora gətirirlər və ona əmrlə “Axtar” deyirlər. It, mükafatı almaq üçün oyuncağı tapmağa çalışır.

4. Sonda əsl narkotik paketini gizlədirlər. Narkotikin iyi it üçün oyuncaq iyi ilə eyni olduğu üçün, it oyun oynamağa davam edir və narkotiki axtarır.

Digər şeyləri – partlayıcı maddə, spirt, silah və s. axtarmağı da itə bu üsulla öyrədirlər.

Cavab Ver

E-posta hesabınız yayımlanmayacak.